Omba (yox bir bomba): Muxtar "diputat"ın 8-ci vəzifəsi

Bu gün, 11:24           
Omba (yox bir bomba): Muxtar "diputat"ın 8-ci vəzifəsi
Yəqin xatırlayırsınız, bir müddət əvvəl dünyanın ən zəki insanının Naxçıvanda yaşadığından, əlində 7 qarpız tutduğundan, yəni eyni anda 7 vəzifə daşıdığından bəhs etmişdim. İndi məlum olur ki, sən demə, mən bu super zəkanın intellektual qüdrətini xeyli kiçildirmişəm. Adam 7 yox, 8 vəzifə daşıyıcısıdır.
Onun kəşf etdiyim yeni vəzifəsi isə vəkil olmasıdır. Sən demə, cənab super zəka Naxçıvan Vəkillər Kollegiyasının da üzvü imiş.
Naxçıvanda hüquq var ki, vəkil də ola, deməyin. Deyə-deyə binəva Ombudsmanlığın axırına çıxdınız (yeri gəlmişkən, Ombudsman deyəndə gözümün önündə omba sümüyü canlanır. Azərbaycanda, xüsusilə də onun dilbər güşəsi olan Naxçıvanda hüquq həqiqətən də Muxtar dərəbəylik sisteminin omba sümüyünə bənzəyir. Necə ki, omba sümüyü olmasa insan ayaq üstə dura bilməz, Naxçıvan dərəbəyliyi də mövcudluğunu hüquqi nihilizmə borcludur.
Deyirlər, guya “ombudsman” sözü isveç dilindədir və vasitəçi deməkdir. İddialara görə, ilk ombudsmanlıq institutu XVIII əsrdə İsveç kralı XII Karl tərəfindən təsis edilib. Yalandır, inanmayın. İnstitutu XII Karl təsis edə bilər, amma onun beyninə bu fikri salan 100% Naxçıvanlı Məmmədhəsən kişi olub ki, onsuz da bir işə yaramayan bu qurumu “omba”ya bənzədib).
İndi də başlamısınız ki, 28 yaşlı gəncin 8 yüksək vəzifəsi necə ola bilər? Axı bu, mövcud qanunvericiliyə ziddir. Ombudsmanlığı “omba” sümüyü səviyyəsində olan məmləkətdə “Tendersatan” əfəndi nəinki 28 yaşlı gəncə, hətta 8 yaşlı uşağa da 8 vəzifə bağışlaya bilər. Niyə də olmasın? Burası “Gülüm” Naxçıvan deyilmi?
Heydər Oğuz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru