Azəriqazda ixtisarlar dayanmır - Yeni dalğası gözlənilir

Bu gün, 09:59           
Azəriqazda ixtisarlar dayanmır - Yeni dalğası gözlənilir
Aldığımız məlumatda qeyd olunub ki;
-Azəriqaz İB Qaz Paylayıcı Stansiyalarında (QPS) operator xidmətinin mərhələli ləğvinə başlayır,
Bu ilin sonunadək regionlarda qaz paylayıcı stansiyalarda operator xidmətinin mərhələli şəkildə ləğvi və sistemin avtomatlaşdırılmış idarəetməyə keçirilməsi planlaşdırılır.
Proses çərçivəsində operator nəzarətinin aradan qaldırılması nəzərdə tutulur. Bu dəyişiklik qaz təsərrüfatı kimi yüksək riskli sahədə təhlükəsizlik və operativ müdaxilə imkanları baxımından diqqətlə qiymətləndirilməlidir. Umumiyyətlə operator nəzarətinin aradan qaldırılması yüksək riskli qaz təsərrüfatında təhlükəsizlik baxımından narahatlıq doğurur. Xüsusilə qəza və nasazlıq hallarında operativ müdaxilə imkanlarının necə təmin olunacağı açıq qalmış məsələdir.
Qeyd;Sabah səhifəmdə iyul ayı üzrə birinci mərhələdə operator xidməti ləğv ediləcək 12 QPS ilə bağlı siyahını paylaşacağam.
Mirvari Gahramanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru