ABŞ yeddi şəxsi və iki gəmini Rusiya ilə bağlı sanksiyalar siyahısından çıxardı

Bu gün, 09:47           
ABŞ yeddi şəxsi və iki gəmini Rusiya ilə bağlı sanksiyalar siyahısından çıxardı
ABŞ iki gəmini, iki hüquqi şəxsi və iş adamı Vladimir Potaninin oğlu da daxil olmaqla yeddi şəxsi Rusiya ilə əlaqəli sanksiya siyahılarından çıxarıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya vətəndaşları German Belous, Mixail Klyukin, İrina Kremleva, Viktor Nikolaev, Nadiya Çerkasova, İvan Potanin və Maksim Smirnov ilə bağlı məhdudiyyətlər ləğv olunur.

Bundan əlavə, “Vyaçeslav Arşinov” və “Gennadi Eqorov” gəmiləri də sanksiya siyahılarından çıxarılır.

Nazirlik məsələ ilə bağlı əlavə heç bir açıqlama verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru