Xırdalanda sakinlərin dözülməz həyatı: "Pəncərəni açmağa qorxuruq" - VİDEO

Bu gün, 12:18           
Xırdalanda sakinlərin dözülməz həyatı:
Abşeron rayonunun Xırdalan şəhərinin Nizami küçəsində yaşayan sakinlər məhəllələrinin zibilliyə çevrilməsindən şikayətçidirlər.

Sakinlərin bildirdiyinə görə, ərazidəki boş sahəyə digər məhəllələrdən gələn insanlar tullantılarını atırlar. Bu isə ərazidə antisanitar vəziyyət yaradır.

Bu barədə Baku TV-nin videomaterialında deyilir.


Sakinlər, həmçinin qeyd edirlər ki, gecə saatlarında bu məkan narkomanların məskəninə çevrilir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ərazi şəxsi mülkiyyətdədir. Bir müddət öncə yaxınlıqda yaşayan sakinlərin kütləvi etirazı tələbi ilə həmin ərazidə yaxınlıqda yerləşən məişət tullantıları konteynerləri götürülüb. Həmin ərazidə yaşayan sakinlər tərəfindən şəxsi mülkiyyətdə olan torpaq sahəsinə tullantılar atılır. Qurum tərəfindən qanuna müvafiq olaraq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciətlər olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru