ABŞ yenidən İranı bombaladı – VİDEO

Bu gün, 10:18           
ABŞ yenidən İranı bombaladı – VİDEO
ABŞ Silahlı Qüvvələri İranın Bəndər-Abbas limanında sualtı qayıqlara və hərbi gəmilərə xidmət göstərən obyektə zərbə endirib.

TEREF xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, zərbə suüstü pilotsuz aparatından istifadə edilməklə həyata keçirilib. Komandanlıq bildirib ki, bu, ABŞ hərbçilərinin döyüş əməliyyatı zamanı ilk dəfə dəniz pilotsuz aparatlarından istifadə etməsi ilə yadda qalıb.

ABŞ Mərkəzi Komandanlığının məlumatında qeyd olunub ki, əməliyyatın məqsədi İranın kommersiya gəmiçiliyinə qarşı hücumlar həyata keçirmək imkanlarını zəiflətmək olub. Hadisə ilə bağlı İran tərəfi hələlik rəsmi açıqlama verməyib../Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru