Qızıl Orda Dövləti
Bu gün, 10:14

Çingiz xan ulus bölgüsünə əsasən İrtış çayından qərbdəki bütün Dəşti-Qıpçaq torpaqlarını böyük oğlu Cuçiyə vermişdi. Lakin 1227-ci ildə Cuçi xan ov sırasında bədbəxt hadisə nəticəsində vəfat etmiş və Çingiz xan həmin torpaqları onun oğlanları arasında bölüşdürməli olmuşdu. Belə ki, Çingiz xan Batı xanı "qızıl qapılı ağ çadırda", Orda İçen xanı isə "gümüş qapılı göy çadırda" əyləşdirdi. Türk inanc sistemində və dövlətçilik gələnəyində çadır hakimiyyəti ifadə edirdi. Dədə Qorqud dastanında da ağ və qızıl çadırların qurulmasına rast gəlirik. Nəticədə, Cuçi ulusuna aid torpaqlarda iki "dövlət" - Ağ və Göy ordalar meydana çıxdı. Daha sonra həmin torpaqlarda üçüncü ulus - Qızıl Orda yarandı və dövləti Qızıl Ordadan çıxan xanlar idarə etməyə başladı. Uluslar içində əsas mərkəz Qızıl Orda sayıldığı üçün dövlət də Qızıl Orda adlandırıldı. Şeybanilər də Qızıl Ordadan çıxmışdılar.
Елбрус Вахидов

