Türklərin qadına verdiyi möhtəşəm dəyər, qadının Türk Törəsindəki yeri:
Bu gün, 07:54

Bilgə Xaqan öz xitabına "Sizlər, anam Xatun, nənələrim, xala və bibilərim, qız şahzadələrim..." sözləri ilə başlayır. Əski türk inancına görə "Xan və Xatun" göyün və yerin uşaqlarıdır. Qadının yeri göyün yeddinci qatıdır.
Əski türk dastanlarında qadın həmişə öz ərinin yanında idi. Qadın ərinin güc və ilham qaynağı hesab olunurdu.
Türk dastanlarının qəhrəmanları yaxşı at çapan, yaxşı savaşan, ox atan, qılınc çalan qadınlarla evlənmək istərdilər: "Dədə Qorqud" dastanında belə nümunələr çoxdur.
Əski bir türk sözü: "Birinci zənginlik sağlıqdırsa, ikinci zənginlik yaxşı bir qadındır".
Savaşda qadınların düşmən əlinə keçməsi böyük utanc hesab olunurdu.
Oğuz Xaqan dastanında deyildiyi kimi (bu Törədə də qeyd olunub) zorlamağa cəhdin cəzası edamdır.
Ərəb səyyabı İbn Batuta yazır: "Burada xəfif bir işin şahidi oldum ki, o da türklərin qadınlarına göstərdiyi hörmətdir. Buradakı qadınların hörməti, izzəti və dərəcəsi kişilərdəkindən daha üstündür".
Xaqanın buyruqları, yaxud hökmləri "Xaqan buyurur ki..." ifadəsi ilə başlardırsa keçərli qəbul edilməzdi.
Xarici dövlətlərin qəbulunda xatun da xaqanla bərabər olurdu. Ziyafət və mərasimlərdə qadın xaqanın solunda oturur, siyasi fikirlərini bildirirdi. Misal üçün, Hun İmperatorluğunun Çin ilə barış anlaşmasını hunların adından Mete Xanın xatunu imzalamışdı.
Əbdül Qazi Bahadır xan "Şəcəreyi Tərəkəmə"də Oğuz elində yeddi qızın uzun illər bəylik etməsindən yazır.
Bunu Qaraxanlı dövlətinin Dehli Sultanlığına da aid etmək olar.
Qadının ucalığını simvolizə edən daha bir misal. Altay dağlarının ən yüksək zirvəsinə "Qadınbaşı" adı verilmişdir.
Əski türklərdə qadın miras haqqına sahibdir. Qadının özünə məxsus mal-dövləti olurdu və o, bunu istədiyi kimi idarə edər, yaxud dağıda bilərdi.
Əski türklərdə kişi qadınını boşaya bildiyi kimi, qadın da ərini boşaya bilərdi.
Türklər bütün dövlətlərini Törə ilə qurmuşlar, onu pozduqda isə yıxılmışlar.
Müəllif: Yunus Oğuz.
Titrə və özünə dön ey Türk, sən özünə dönəndə daha möhtəşəm olursan !
Şəkil: Azərbaycanlı xanımlar, 1906-2026-cı illər.
Azərbaycanlıların səhifəsi

