SOKAR da transformasiya,optimallaşdırma, təşkilati sağlamlaşdırma adı altında gedən "oyunbazlıq" - FOTO

Bu gün, 07:44           
SOKAR da  transformasiya,optimallaşdırma, təşkilati sağlamlaşdırma adı altında gedən "oyunbazlıq" - FOTO
Nepotizm
Bəs transformasiya,optimallaşdırma, təşkilati sağlamlaşdırma( psixoloji təzyiq), struktur dəyişikliyi, korporativ çeviklik vəs. şüarlar altında apardığınız kütləvi ixtisarlar SOCAR Baş ofisinə , yüksək vəzifəlilərə aid deyil.?
SOCAR Geofizika va Geologiya Idarasinin"Kəşfiyyatgeofizika" istehsalat Bölümü işçiləri tərəfindən
Kollektiv müraciət
Məqsədimiz, ixtisar prosesinda ədalətsiz va qanunsuz vəziyyəti diqqətinizə çatdırmaqdır.
Biz SOCAR Kəşfiyyatgeofizika istehsalat bölümünün isçiləri,müəssisədeə aparılan struktur dayişiklikləri və ştat optimallaşdırılması ila bağli aşağidaki məsələlərin,Azərbaycan Respublikasi Əmək Məcələsinin tələblərinə uyğun olaraq ,obyektiv səkildə araşdırılmasını xahiş edirik.Biz uzun illərdir geofizik, geoloq ve texnik-geofizik ixtisaslari üzrə ali va orta-texniki təhsilə malik, peşəkar fəaliyyətimiz ərzinda attestasiya və qiymetləndirilmələrdə yüksək nəticələr göstərmiş əməkdaşlarıq. Bir çoxumuz 30 ildən artıq əmək stajına malik işçilərik.
Qeyd etmək istəyirik ki, SOCAR Geofizika va Geologiya Idarasinin tərkibinə"Kəşfiyyatgeofizika","Mədəngeofizikasi" va "Kompleks Mühəndisi-Axtariş" istehsalat Bölümləri daxildir. Lakin hazirda aparilan struktur dəyişikliyi prosesində ixtisar tədbirləri yalniz "Kəşfiyyatgeofizika" İstehsalat Bölümün isçilərina yönəldilmisdir. Hesab edirik ki, bu cür yanaşma bərabərlik va obyektivlik prinsiplərina uyğun deyil.Yeni struktur dəyişikliyi ilə əlaqədar seçim yalniz bir struktur bölüm ile məhdudlaşdirilmamalı, eyni vəzifə üzrə müəssisənin bütün müvafiq struktur bölümlərində çalişan isçilərin peşə hazırligı, ixtisas uyğunluğu, iş təcrübəsi ve kvalifikasiyası vahid va obyektiv meyarlar asasinda qiymətləndirilməlıdır.
Azarbaycan Respublikasi Əmak Məcəlləsinin 70, 77, 78-ci maddələrinə uyğun olaraq işçilərin hüquqlarinin qorunmasini seçim zamanı şəffaflığın və obyektivliyin təmin edilməsini xahiş edirik.
Bununla əlaqədar xahiş edirik:
1. Ştat optimallaşdırılması zamanı tətbiq olunan seçim meyarları barədə bizə rəsmi yazılı malumat verəsiniz.
2. Geofizik, geoloq ve texnik-geofizik vəzifələri üzrə müəssisənin bütün aidiyyatı struktur bölümlərində çalişan isçilərin ixtisasi, kvalifikasiyasi, attestasiya nəticələri və iş təcrübəsi vahid meyarlarla qiymətləndirilsin.
3. Profil üzrə ali təhsili olan, uzun müddətli əmək stajina və yüksək peşə hazirliğına malik isçilərin hüquqlari nəzərə alınsın.
4. Müraciətimizə qanunvericilikdə müəyyən edilmiş müddətdə yazili cavab verəsiniz.
Biz müəssisənin maraqlarına daim sadiq olmuş, üzərimizə düşən vəzifələri vicdanla yerinə yetirmiş əmakdaşlar kimi inanırıq ki, qəbul ediləcək qərarlar qanunvericiliyin tələblərinə uygun olaraq ədalət, bərabərlik va şəffalıq prinsipləri ilə aparılacaqdır.
Məqsədimiz, ixtisar prosesinda ədalətsiz va qanunsuz vəziyyəti diqqətinizə çatdırmaqdır.
Hörmətli Mikayil Jabbarov"hoqqa" dediyiniz elə bəlkə budu?
Mirvari Gahramanli














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru