Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) cavab oyununa çıxacaq.
Qaynarinfo xəbər verir ki, İngiltərədəki "Park Hall Stadium"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Bu komandaların bir həftə əvvəl Bakıda oynanılan görüşündə "Sabah" 2:0 hesablı qələbə qazanmışdı.
"Sabah" - TNS cütünün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə yoluna Konfrans Liasının 2-ci təsnifat mərhələsində davam edəcək və "Flora” (Estoniya) – "İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Çempionlar Liqası I təsnifat mərhələsi Cavab oyunu