Bu ölkələr Ukrayna ilə birləşdi – Rusiya üçün real təhlükə

Bu gün, 09:38           
Bu ölkələr Ukrayna ilə birləşdi – Rusiya üçün real təhlükə
Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Danimarka, Niderland, Norveç, İspaniya və İsveç Ukrayna ilə birlikdə ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulan raketlərin hazırlanması üzrə birgə koalisiya yaradılması barədə razılığa gəlib.

TEREF xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Birgə bəyanatda bildirilir ki, yeni təşəbbüs mövcud raketdən müdafiə (PRO) proqramlarını tamamlayacaq. Sənəddə qeyd olunur ki, layihə Avropanın artıq əldə etdiyi suveren müdafiə imkanlarını gücləndirəcək, həmçinin iştirakçı ölkələrin gələcəkdə əldə edəcəyi texnologiyaları da əhatələyəcək.

Bəyanata əsasən, Avropanın təhlükəsizliyinin təmin edilməsi üçün gələcək raket təhdidlərini çəkindirə və zərərsizləşdirə biləcək qlobal, inteqrasiya olunan raketdən müdafiə sisteminin yaradılması vacib sayılır.

Sənəddə vurğulanır ki, bu məqsədə yalnız kollektiv səylər, texnoloji yeniliklər və etibarlı sənaye əməkdaşlığı sayəsində nail olmaq mümkündür./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru