Almaniyada Parlamentin Bütün Üzvləri Maaş Artımını Yekdilliklə Rədd Etdi
Bu gün, 09:24
"Xalq Çətin Vəziyyətdə Olarkən Maaş Artımını Qəbul Edə Bilməyəcəyik" Dedilər!
TEREF Ordu Səhifəsinə istinadən yazır ki, Almaniyada Parlament Üzvləri planlaşdırılan 500 avroluq maaş artımını yekdilliklə rədd etdilər. Qərarın arxasındakı səbəb ictimaiyyətdə böyük ajiotaj yaratdı. Millət vəkilləri bildiriblər ki, "Xalqın iqtisadi çətinliklər yaşadığı bir dövrdə cəmiyyətlə həmrəy olduğumuzu göstərmək istəyirik". Maaş artımını qəbul etməyən millət vəkillərinin bu qərarı sosial mediada da geniş diqqət çəkib.
Bəzi vətəndaşlar bu addımı nümunə kimi göstərsələr də, digərləri oxşar qərarların digər ölkələrdə də qəbul edilməli olduğunu iddia ediblər.