Azərbaycanlının "FETÖ-də adın hallanır" deyərək, qızıllarını və pulunu aldılar - TƏFƏRRÜAT

Bu gün, 11:38           
Azərbaycanlının "FETÖ-də adın hallanır" deyərək, qızıllarını və pulunu aldılar - TƏFƏRRÜAT
Türkiyənin İstanbul şəhərinin Eyüpsultan rayonunda eyni gündə biri Azərbaycan vətəndaşı olmaqla iki nəfəri aldadaraq ümumilikdə 3 milyon lirə dəyərində qızıl-zinət əşyalarını talayan 5 nəfərlik cinayətkar dəstə İstanbul və Urfada keçirilən xüsusi əməliyyatla ifşa edilib.

32gun.az xəbər verir ki, Telefon fırıldaqçıları zərərçəkmişlərə zəng edərək özlərini polis kimi təqdim edib və "Adınız FETÖ əməliyyatına qarışıb, evdəki qızılları yoxlamalıyıq" yalanı ilə onların qızıl-zinət əşyalarını ələ keçiriblər. Cinayəti törətmək üçün Urfadan İstanbula gələrək xüsusi ev kirayələyən şübhəlilərin arxasınca düşən Dolandırıcılıq Bürosu əməkdaşları təhlükəsizlik kameralarının qeydləri və avtomobil nömrələrinin izlənməsi sayəsində cinayətkarların izinə düşüb.

İlk olaraq Küçükçekmecedə saxlanılan avtomobildəki 3 şübhəli asayiş keşikçiləri tərəfindən saxlanılıb və maşından saxta avro əskinasları ilə yanaşı, oğurlanmış qızılların bir hissəsi tapılıb. Əməliyyatın Urfada davam etdirilən ikinci mərhələsində daha 2 nəfər nəzarətə alınıb və beləliklə saxlanılanların sayı 5-ə çatıb. Məhkəmə qarşısına çıxarılan şübhəlilərdən dördü — o cümlədən əvvəllər də 11 fərqli cinayət törətmiş şəxs həbs edilərək həbsxanaya göndərilib, bir nəfər isə məhkəmə nəzarəti şərtilə sərbəst buraxılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru