Türkiyəli nazirə qarşı SENSASİON sui-qəsdin pərdəarxası – Onu nəyə məcbur etmək istəyiblər?

Bu gün, 12:26           
 Türkiyəli nazirə qarşı SENSASİON sui-qəsdin pərdəarxası – Onu nəyə məcbur etmək istəyiblər?
Xəbər verdiyimiz kimi, Türkiyənin ədliyyə naziri Akın Gürlek və həyat yoldaşı Elif Gülşah Gürlekə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Nazirə və xanımına hücum göstərişinin xaricdən gəldiyi iddia olunur.

İstintaq çərçivəsində şübhəlilərin fərqli tarixlərdəki ünvanlarında aparılan axtarışlarda 2 sənədsiz silah, bu silahlara aid patronlar və 3 milyon 206 min TL ($68.236) nağd pulun ələ keçirildiyi açıqlanıb. Onların barəsində həbs qərarının verilməsi tələb edilib.

Nazirə qarşı sui-qəsdin arxasında kim var?

Globalinfo.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib ki, Türkiyədə iqtisadi böhranın da təsiri ilə yeni cinayət növlərinin və dəstələrin meydana çıxdığı bir dövrdə cinayət və mütəşəkkil cinayətkarlığa qarşı Ədliyyə naziri Akın Gürlekin başladığı genişmiqyaslı mübarizə istər-istəməz diqqətləri onun üzərinə yönəldib:

“Böyük pulların dövr etdiyi qanunsuz mərc, qumar, narkotik kimi işlərlə məşğul olanlar qurduqları cinayət imperiyalarına qarşı mübarizə aparan ədliyyə naziri Akın Gürlekə qarşı hərəkətə keçdilər.

Nazirə birbaşa hədəfə almaqda uğur qazana bilməyəndə yaxınlarına qarşı bu və buna bənzər fəaliyyətlər həyata keçirərək Ədliyyə Nazirliyinin cinayət və cinayətkarlığa qarşı apardığı bu mübarizədən onu geri çəkilməyə məcbur buraxmaq, gözünü qorxutmaq məqsədi daşıyan hərəkətlərə əl atdıqları anlaşılır.

Akın Gürlek bu məsələdə heç bir güzəştə getmədən yeni nəsil cinayətkar dəstələrə, yeni nəsil cinayət təşkilatlarına, narkotik baronlarına və üstü açılmamış qətllərə qarşı möhtəşəm mübarizə apararaq adını tarixə yazdırmaq istəyir.

Bu məqamda ötən illərdə qətlə yetirilən Ülkü Ocaqlarının sabiq sədri Sinan Ateş işi üzərində də Ədliyyə Nazirliyinin işlədiyi, bu işdə sifarişçi, yönləndirici və qaranlıq qalmış bütün məqamları üzə çıxarmaq üçün böyük səy göstərdiyi bilindiyi üçün bundan sonrakı prosesdə nazirə qarşı bu və buna bənzər hərəkətlərin həyata keçirilməsi ehtimalı yüksəkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru