Putinin muştuluğu gözündə qaldı

Bu gün, 08:24           
Putinin muştuluğu gözündə qaldı
Putin bu gün “Hər şey müharibə üçün” forumunda çıxış edərək rus xalqına muştuluq vermişdi:
— “Ukrayna hücumları Rusiyada "neft məhsulları ilə bağlı müəyyən problemlər" yaradır, lakin vəziyyət tədricən yaxşılaşacaq.
— Rusiyaya hücumlara cavab veriləcək və cavab zərbələri bir neçə dəfə daha güclü olacaq.
— Düşmən bunu hiss edəcək — ümid edirəm ki, onlar artıq bunu hiss edirlər və gələcəkdə cavab zərbələrinin miqyası artacaq.
— Rusiyanın enerji infrastrukturu çox güclü və etibarlıdır” və s.
Binəva Putin cənabları, ağzından vədləri qurtarmamış Ukrayna Moskva vilayətinə raket zərbələri endirib. Təsadüfə bax ki, Rusiya tərəfi bu zərbənin qarşısını almaq üçün Putinin rus xalqına müjdə verərkən ağızdolusu öydüyü yeni HHM sistemlərindən də istifadə edib. Hər halda bunu Rusiya rəsmiəri bildirirlər. Amma görünən budur ki, Rusiyanın HHM sistemləri də yaralı barmağa məlhəm olmayıb. Hücim nəticəsində Moskva vilayətinin Solnoçneqorsk şəhərində ağır dağıntılar yaşanıb.
Heydər Oğuz













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru