İsraildən erməniləri məyus edəcək qərar

Bu gün, 09:18           
İsraildən erməniləri məyus edəcək qərar
İsrail parlamenti (Knesset) 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin qondarma erməni soyqırımı kimi tanınmasına dair qanun layihəsi üzrə səsverməni təxirə salıb.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Jerusalem News Syndicate” nəşri məlumat yayıb.

Agentliyin məlumatına görə, qərar İran ətrafında gərginləşən regional vəziyyət fonunda, həmçinin Türkiyədə keçirilən NATO sammitindən qısa müddət sonra qəbul edilib. Bildirilir ki, sammit zamanı Ankara ABŞ Prezidenti Donald Trampı Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləməyə çağırıb.

İsrail rəsmisi nəşrə bildirib ki, parlamentdə nəzərdə tutulan səsvermə dayandırılıb. Bu həftə Knesset yay tətilinə çıxır və oktyabrın 27-nə təyin edilən növbəti milli seçkilərə qədər parlament iclasları keçirilməyəcək.

Xatırladaq ki, iyun ayında İsrail Nazirlər Kabineti Türkiyə ilə münasibətlərin kəskin pisləşməsi fonunda 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan təşəbbüsü yekdilliklə təsdiqləyib. Qanun layihəsinin qüvvəyə minməsi üçün onun Knessetdə yekun təsdiqdən keçməsi tələb olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru