Vidadi Zeynalov evini sataraq 2 milyon 200 min manat ödədi – dövlətə ziyana görə

19-06-2017, 22:04           
Vidadi Zeynalov evini sataraq 2 milyon 200 min manat ödədi – dövlətə ziyana görə
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın daha bir hissəsini ödəyib.
teref.az Apa-ya istinadən xəbər verir ki, V. Zeynalovun vəkili Elxan Süleymanlı bildirib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V. Zeynalovun qalan borcu 2 milyondur.
Qeyd edək ki, bir neçə gün əvvəl V. Zeynalov vurulan ziyanla bağlı 2 milyon manat ödəyib.
Bundan əlavə, “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayevin dəymiş ziyanı tam ödədiyi bildirilir.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri olmuş Beytulla Hüseynov da dövlətə vurduğu 10 milyon manat məbləğində ziyanı ödəyib.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini, Cəlil Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oktay Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru