Fatma Abdullazadəyə yeni vəzifə verilir - O, PAYTAXT RAYONLARINDAN BİRİNİN İCRA BAŞÇISI OLACAQ

20-06-2017, 12:35           
Fatma Abdullazadəyə yeni vəzifə verilir - O, PAYTAXT RAYONLARINDAN BİRİNİN İCRA BAŞÇISI OLACAQ
Bir müddət öncə Prezident Administrasiyasında həyata keçirilən struktur və kadr dəyişiklikləri nəticəsində vəzifəsini itirən Fatma Abdullazadə ilə bağlı yeni xəbər var.
Gununsesi.info-ya verilən məlumata görə, Prezident Administrasiyasında həyata keçirilən struktur və kadr dəyişiklikləri nəticəsində vəzifələrini itirənlər arasında Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə var idi.
Belə ki, Fatma Abdullazadə yeni struktur formalaşarkən administrasiya komandasında yer ala bilmədi.
Məsələ ilə bağlı Gununsesi.info-nun bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, Fatma Abdullazadə bu yaxınlarda paytaxt rayonlarından birinə icra hakimiyyəti başçısı vəzifəsinə göndəriləcək. Bildirilir ki, qısa müddət ərzində bununla bağlı sərəncam imzalanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru