"Nikoyl Bank" saytımızda gedən şikayətə operativ reaksiya verdi:"..məsələnin araşdırılmasının tərəfdarıyıq".

14-07-2015, 22:57           
"Nikoyl Bank" saytımızda gedən şikayətə operativ reaksiya verdi:"..məsələnin araşdırılmasının tərəfdarıyıq".
Az əvvəl Sumqayıt sakini Salman Məmmədovun "NikoilBank"ın əməkdaşı tərəfindən fırıldağa məruz qalması ilə bağlı informasiya vermişdik. Bu dəqiqələrdə isə bankdan teref.azya rəsmi münasibət göndərilib. Bankın açıqlamasını olduğu kimi təqdim edirik:



"Bu gün saytlarınızda dərc olunan “NİKOYL” Bankla bağlı məqələyə açıqlama:

Qeyd olunan əməkdaşla bağlı onu qeyd etmək istəyirik, həmin şəxs 02.06.2015-ci il tarixindən məlum olmayan səbəbdən Bankın müvafiq filialına işə gəlmədiyindən, bu əməl ilə bağlı Bankın İdarə Heyətinin Sədri tərəfindən Azərbaycan Respublikasının Əmək qaninvericiliyinə əsasən qərar qəbul olunmuşdur və əmr verilmişdir. Şikayətdə qeyd olunan hallarla bağlı bildiririk ki, Nikoyl Bank özüdə kreditin qaytarılmasında maraqlıdır, Bankla tərəf arasında bağlanmış kredit müqviləsinə əsasən tərəf müvafiq cədvəl üzrə ödənişləri öz üzərinə götürür və ödənişlərin kassadan və ya ödəniş terminallarından kənar həyata keçirilməsi, yəni ərizəçinin qeyd etdiyi kimi ödənişin konkret olaraq kredit vermiş işçiyə ödənilməsi yolverilməzdir. Bununla bağlı Bank olaraq qeyd olunan məsələnin araşdırılmasının tərəfdarıyıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]