Ölkədən qaçdığı deyilən rektorla bağlı yeni XƏBƏR - "O, hara qaçacaq ki?"

28-07-2015, 20:52           
Ölkədən qaçdığı deyilən rektorla bağlı yeni XƏBƏR - "O, hara qaçacaq ki?"
“Rektor Akif Sülemynov ölkədən qaçmayıb. Hazırda Bakıda müalicə olunur və avqustun 6-a qədər işə çıxmağı gözlənilir”. Bu sözləri Modern.az-a açıqlamasında Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetininin rektor əvəzi Rövşən Əliyev deyib. O, qeyd edib ki, Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlayıb və maliyyə pozğunluqları ilə bağlı işi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verib.

“Cənab nazirin əmrinə əsasən rektor avqustun 6-a qədər məzuniyyətdədir. Hazırda telefonlarına zəng çatmır. Rektoru Prezident təyin edib. O, hara qaçacaq ki? Ölkənin qanunları var və qanunlardan heç kim kənara çıxa bilməz”.

Korrupsiya hallarının olub-olmamasına toxunan R.Əliyev şikayətlər əsasında faktların qaldırıldığını vurğulayıb.

“Şikayətlər olub ki, faktlar qaldırılıb və Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılıb. Hazırda istintaq işi davam edir və ətraflı məlumat vermək mümkün deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]