Nazim İsmayılov deputat olmaq istəyir - Sabirabadda

5-08-2015, 11:22           

Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov 64 saylı Sabirabad 2-ci kənd seçki dairəsindən deputatlığa namizəd olmağa hazırlaşır. Rayondakı mənbələrdən GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən icra başçısı bu barədə yaxın ətrafı ilə söhbətində danışıb. Başçı bildirib ki, icra başçısı kimi rotasiya qaydasına görə 5 illik müddətini başa vurub. 5 il Şamaxı rayonundan, 5 il Sabirabad rayonunda icra başçısı işləyən Nazim İsmayılov 64 saylı seçki dairəsindən deputat olmaq istəyir. Məlumata əsasən N.İsmayılov hazırda həmin dairədən deputat olan Rüstəm Xəlilovun yerinə iddialıdır. R.Xəlilovla Sabirabadın icra başçısının münasibətlərinin soyuq olmasına dair mətbuatda bir qədər informasiyalar yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]