Nazir məktəbi yoxladı – Direktor işdən çıxarıldı

11-08-2015, 12:08           

Təhsil Nazirliyi Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbdə yoxlamalar aparıb.


teref.az aznews.az-a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində məktəbdə bəzi qanun pozuntuları aşkarlanıb. Nəticədə məktəbin direktoru Zemfira Səmədova işdən çıxarılıb.

Faktı 158 nömrəli məktəbdən təsdiqləyibilər. Bildiriblər ki, həqiqətən də yoxlamalar aparılıb, amma direktorun vəzifədən azad edilməsi aşkarlanan nöqsanlarla bağlı olmayıb. O, yaş senzinə görə vəzifədən kənarlaşdırılıb.

Bildirdilər ki, hazırda direktor vəzifəsini müvəqqəti olaraq Zərifə adlı şəxs icra edir.

Qeyd edək ki, 158 saylı məktəb əsaslı təmir və yenidənqurmadan sonra 2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev məktəbin açılışında iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]