“Məhəmməd peyğəmbərin ruhu məndədir” – 63 yaşlı qadın

14-04-2018, 01:00           
“Məhəmməd peyğəmbərin ruhu məndədir” – 63 yaşlı qadın
Şəkili qadın Məhəmməd peygəmbərin ruhunun bədəninə yerləşdiyini bəyan edir.

“Baku.ws” bildirir ki, rayonun İncə kəndində yaşayan Ceyran adlı xanım peyğəmbərin əmri ilə addımlar atdığını deyir:
“Məhəmməd peygəmbərin mübarək ruhu məndir. Onun əmrilə İslamı təbliğ edirəm. Çünki insanlar haqq yolundan uzaqlaşıblar. Sonuncu peyğəmbərimiz mənə missiya tapşırıb. Çətin də olsa mən bu missiyanı layiqli şəkildə yerinə yetirməyə çalışıram. Hər yerdə Qurandan ayələr oxuyuram, insanları düz yola dəvət edirəm”.
63 yaşlı qadın peyğəmbərin əli ilə insanlara şəfa verdiyini də iddia edir:
“Peygəmbərin əli ilə ən ağır xəstələri belə bir dəfə əl çəkməklə sağaldıram. Kəlmeyi-şəhadət gətirməyənə, yəni müsəlman olmayana şəfa verə bilmərəm. Çünki Məhəmməd peygəmbər buna icazə vermir. Ümumiyyətlə, o, icazə verməsə heç nə edə bilmərəm!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru