Nazim İbrahimov Ramiz Mehdiyevin ittihamlarına belə cavab verdi - “Komitədə maliyyə pozuntusu olmayıb”

24-04-2018, 22:54           
Nazim İbrahimov Ramiz Mehdiyevin ittihamlarına belə cavab verdi - “Komitədə maliyyə pozuntusu olmayıb”
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təqdimatında sabiq sədr Nazim İbrahimovu sərt tənqid edib.

Bu barədə unikal.org-a eksklüziv açıqlama verən sabiq komitə sədri Nazim İbrahimov bunları deyib: "Komitədə hər hansı maliyyə pozuntusu olmayıb. Amma Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən birmənalı olaraq qəbul olunur”.

N.İbrahimov bu iddialar əsasında fəaliyyətinin təftiş olunacağı barədə fikirlərini də bildirib: "Hər hansı maliyyə pozuntusu olmayıb, amma təftiş oluna bilər. Bizim işimiz göz qabağında olub. Hər zaman dövlətimizə, cənab prezident İlham Əliyevə sədaqətli olmuşam. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru