Təyyarədə verilən almanı çantasında saxlayan qadına 500 dollar cərimə yazıldı

25-04-2018, 09:29           
Təyyarədə verilən almanı çantasında saxlayan qadına 500 dollar cərimə yazıldı
ABŞ-da bir qadın hava yollarının uçuşunda verilən almanı digər uçuşa saxladığı üçün 500 dollar pul cəzası alıb.

Moderator.az xəbər verir ki, Parisdən ABŞ-a gedən qadın almanı gedəcəyi növbəti səfəri üçün saxladığını söyləyib.

Alma qadına hava yollarına aid plastik bir torbada verilib. Gömrük postunda yoxlama zamanı qadın almanı torbasından çıxarmadığını və Colorado ştatına səfəri üçün saxladığını bildirərək
meyvəni təyyarədən aldığını deyib. Bundan sonra gömrük vəzifəlisi qadına 500 dollar məbləğində cərimə yazıb.

Qadın bir meyvəyə görə bu qədər problem yaşamaq məcburiyyətində qaldığı üçün özünü çox pis hiss etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru