Erməni təmsilçisi Sonanı qucaqladı - VİDEO

20-12-2021, 10:17           
Erməni təmsilçisi Sonanı qucaqladı - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Parisdə keçirilən “Uşaq Avroviziyası-2021”in qalibi Ermənistan təmsilçisi Malena olub. O, 224 xalla birinci pillədə qərarlaşıb.

“Qafqazinfo” xəbər verir ki, qalibi Azərbaycan təmsilçisi Sona Əzizova da təbrik edib. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Təmsilçimiz ona yaxınlaşaraq təbriklərini çatdırıb. Malena isə bu jestə cavab olaraq Sonanı qucaqlayıb. Bu görüş sülh mesajı kimi qəbul edilib.

Qeyd edək ki, S.Əzizova müsabiqədə 151 xalla 5-ci yeri tutub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru