Ulduz müğənni şahzadədən 14 milyon dollara MALİKANƏ ALDI - FOTO

23-12-2021, 07:00           
Ulduz müğənni şahzadədən
Əfsanəvi amerikalı müğənni, 25 "Qremmi" mükafatı laureatı Stiv Vunder Los-Ancelesdə malikanə alıb.

Publilka.az xəbər verir ki, bu barədə "Dirt" məlumat yayıb.

Bildirilib ki, daşınmaz əmlakın satıcısı Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Faysal əl Səud olub .

Malikanə prestijli Bel Air bölgəsində yerləşir. Vunder onun üçün təxminən 14 milyon dollar ödəyib.

Şahzadə bu mülkə 2012-ci ildən sahibdir. O, vaxtı ilə sözügedən malikanəni 13,3 milyon dollara alıb.
Satışdan əvvəl şahzadənin ailəsi orada yaşamayıb. Malikanə aylıq 75 min dollara icarəyə verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru