Merilin Monronun görünməyən tərəfi ekrana gəlir
Bu gün, 07:24

Hollivudun ən böyük ikonlarından biri olan Merilin Monronun həyatı yenidən kino dünyasının diqqət mərkəzinə qayıdır. Rejissor və ssenarist Maggie Gyllenhaal əfsanəvi aktrisanın yalnız parlaq ekran obrazını deyil, onun arxasında gizlənən insanı, daxili dünyasını və yaşanmamış ehtimalları araşdıran yeni layihəyə imza atıb.
Yeni film "Flesh Impact" adlanır və Merilin Monronun 100 illiyi münasibətilə hazırlanıb. Layihədə Monronu Dakota Johnson canlandırır. Filmdə həmçinin Ellen Burstyn Monronun fərqli, xəyal edilən yaşlı versiyasını təqdim edir.
Merilin Monro uzun illər Hollivudun gözəllik simvolu kimi təqdim edildi. Onun sarı saçları, gülüşü və ekran obrazları milyonlarla insanın yaddaşında qaldı. Amma bu məşhurluğun arxasında uşaqlıq travmaları, tənhalıq, daim yaradılan "obrazın" içində yaşamaq məcburiyyəti dayanırdı.
Maggie Gyllenhaalın məqsədi də məhz bu sualı araşdırmaqdır:
Dünya bir insanı milyonlarla dəfə görəndə, onu həqiqətən tanıyırmı?
Rejissor bildirib ki, layihəyə yanaşarkən Monronun sadəcə məşhur simasını təkrarlamaq deyil, onun mürəkkəbliyini və sənətçi kimi daxili mübarizəsini göstərmək istəyib.
Gunel Musa

