Xalq artistindən sərt çıxış: - "Mən azəri deyil, Azərbaycan türküyəm"

2-10-2020, 10:00           
Xalq artistindən sərt çıxış: -
Bu həftə "CNN Türk" ekranlarında yayımlanan "Bitərəf Zona" proqramında Azərbaycan-Ermənistan sərhədindəki münaqişələr müzakirə edilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Ahmet Hakanın aparıcısı olduğu proqramın bu həftəki qonaqları Hakan Bayrakçı, Mehmet Metiner, Nazif Okumuş və Azərbaycanın xalq artisti Azərin olub.

Verilişə videobağlantı ilə qoşulan sənətçinin sözləri diqqət çəkib. O, ekranda azəri sənətçisi kimi tanıdılmasına sərt reaksiya göstərib: "Adımın altında "azəri sənətçisi" deyə yazı gördüm. Mən azəri sənətçisi deyiləm. Mən Azərbaycan türküyəm. Mənə azərbaycanlı deyə bilərsiniz, ancaq mənə azəri deməyin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru