Ərdoğana Putin İrəvandan cavab verdi

10-05-2015, 00:49           
Ərdoğana Putin İrəvandan cavab verdi
“Verbal hədələr özündə hər hansı faktlar daşımır. Hər şeyi danışmaq olar. Ancaq bu, o demək deyil ki, bütün bunlar maddiləşəcək”.

Bu sözləri Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin yerli mediaya açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinin İrəvan səfərinə görə Rusiyadakı səfiri geri çağıra biləcəyinə münasibət bildirərkən deyib.

“Hər bir dövlətin öz maraqları var və hər bir dövlət öz maraqlarını qorumaq haqqına sahibdir. Həmçinin, hər bir dövlət öz müttəfiqlərinə və ticarət tərəfdaşlarına malik olma hüququna malikdir. Bax, burada biz dəqiq prioritetlər bölgüsü aparırıq” – qeyd edib diplomat.

“Prezident Putin burada (İrəvanda –red.) kədərli günlərlə bağlı tədbirlərdə hər şeyi söylədi. Məncə, bundan o yana deməyə bir şey yoxdur” - əlavə edib rusiyalı səfir./müsavat.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]