İran təhdid etdi: `Günahkar Türkiyədir...`

13-05-2015, 10:39           
İran təhdid etdi: `Günahkar Türkiyədir...`
İranın hərbi qüvvələrinin qərargah rəisinin müavini, general Məsud Cəzairi Suriyadakı vətəndaş müharibəsində Türkiyəni günahlandırıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, general bu barədə İran telekanallarına müsahibəsində deyib.

“Suriya məsələsində qarşımızda duran təkcə ərəb koalisiyası deyil. Regiondakı digər ölkələr də ərəb birliyinə dəstək olur. Heç kim Türkiyənin Suriya millətinə və dövlətinə qarşı davranışını unutmayacaq”.

Yəmən probleminə də toxunan M.Cəzairi bildiirb ki, Səudiyyə Ərəbistanı İranın Yəmənə göndərdiyi yardım gəmilərinə mane olsa, Tehran soyuqqanlı davranmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]