DAK- da yeni təyinatlar

14-05-2015, 21:06           
DAK- da yeni təyinatlar
DAK Mətbuat və İnformasiya Xidmətinin verdiyi məlumata əsasən Dünya Azərbaycanlıları Konqresi (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya qurumla bağlı yeni təyinatları imzalayıblar.
Bu gün imzalanan sərəncamlara əsasən Tənzilə Rüstəmxanlı Türk Dünyası ilə əlaqələr üzrə müşavir, Gülşən Məmmədoğlu Mətbuatla iş üzrə müşavir, Real Cəfərli Mətbuat və İnformasiya Xidmətinin rəhbəri, Samir Adıgözəlli həmsədr aparatının rəhbəri, Şəhzad Cahanpənahi Güney Azərbaycan (İran) Nümayəndəliyinin başçısı və Elza Dəmirdağ (Alışova) Kuzey Kıprıs Türk Cümhuriyyəti üzrə nümayəndəliyin başçısı təyin olunub.

DAK Mətbuat və İnformasiya Xidməti
14 may 2015












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]