Təbrizdə üsyan: Ruhaniyə qırmızı kart göstərildi – Videolar

21-05-2015, 01:45           
Təbrizdə üsyan: Ruhaniyə qırmızı kart göstərildi – Videolar
İran prezidenti Həsən Ruhani dünən səfər etdiyi Güney Azərbaycanın Təbriz şəhərində sərt etirazlarla üzləşib.Bu haqda nüfuzlu Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, Təbrizdə xalqın qarşısında çıxış edən Ruhani gözlənilmədən protesto ilə üzləşib. Ruhaninin çıxışı zamanı onun sözünü kəsən etirazçılar “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan oyaqdır, Traktora dayaqdır” şuarları səsləndiriblər.
Təbrizin “Traktor Sazi” futbol klubu ilə Tehranın “Naft Tehran” klubu arasında keçirilən matç zamanı hakim saxtakarlığına etiraz edən təbrizlilər, Ruhaniyə simvolik olaraq qırmızı kart göstəriblər.
Aksiya etirazçıların Təbriz küçələrində şuarlar səsləndirməsi ilə davam edib.(avropa.info)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]