Kürdlər öz aralarında müharibəyə başladılar

25-05-2015, 22:47           
Kürdlər öz aralarında müharibəyə başladılar
“Kürdüstan siyasi münaqişələrin həll ediləcəyi bir meydan deyil. Hər kəs bunu çox yaxşı bilməlidir”. Axar.az xəbər verir ki, bu açıqlama ilə İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzani çıxış edib. O, PKK ilə İran Kürdüstan Demokratik Partiyası (İKDP) arasındakı qarşıdurmaları qınayıb: “Kürdüstan siyasi münaqişələrin həll ediləcəyi bir meydan deyil. Hər kəs bunu çox yaxşı bilməlidir. Mən tərəfləri məsələni böyütməməyə çağırıram. Bu münaqişələr kürdlər üçün intihardır və heç kim bundan bir şey qazanmaz. Problemlər dialoq, müzakirə və qarşılıqlı anlayışla həll olunmalıdır. Bu cür qarşıdurmalar Kürdüstan xalqının dincliyini pozur və gələcəyə dair ümidlərini zəiflədir”. Qeyd edək ki, PKK ötən gün İran Kürdüstan Demokrat Partiyasının peşmərgələrinə hücum edib. Hadisə İran-İraq sərhədindəki Keleşin bölgəsində qeydə alınıb. Hücum nəticəsində 2 peşmərgə ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]