İŞİD türk hərbçilərinə hücum etdi:3 yaralı

27-09-2016, 22:39           

Suriyanın şimalında Çobanbəy rayonunda İŞİD-in hücumu nəticəsində 3 türk əsgəri yaralanıb.

Trend Milliyet qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Yaralı əsgərlər Suriya ilə sərhəddə yerləşən Kilisə gətiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən "Fərat qalxanı" adı altında Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru