İstanbulda terrorçu kamikadzelərlə birlikdə Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO

23-11-2016, 08:29           
İstanbulda terrorçu kamikadzelərlə birlikdə Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO
İstanbulda kamikadze olduğu ehtimal edilən iki şəxs saxlanılıb. APA-nın “Yeni Safak”a istinadən verdiyi xəbərə görə, saxlanılanların "Bunyod" və "Zubeyr" kod adı altında qeydə alınmış Özbəkistan və Tacikistan vətəndaşı olduğu bildirilir.

Məlumata görə, saxlanılanlar Türkiyə ərazisindən Suriyaya keçməyi planlaşdırıblar. Məhkəmə artıq onlar barəsində həbs qətimkan tədbiri seçib.

Terrorçu kamikadze olduğu ehtimal edilən şəxslərlə birlikdə Özbəkistan və Azərbaycan vətəndaşının da saxlanıldığı bildirilir. Sonuncuların ölkədən deportasiya ediləcəyi gözlənilir.

Saxlanılanların kimliyi açıqlanmır.

[media=https://www.youtube.com/watch?v=Sg1Y658Omuo]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru