Qıpçaqların başq xalqlarla qarışması...

6-01-2026, 00:05           
Qıpçaqların başq xalqlarla qarışması...
Çin, ərəb, monqol, gürcü mənbələrində qıpçaq adlanan xalq, 1070 ildən Dunay çayından Xorəzmə qədər uzanan Avraziya çölünün qərbinə şəriksiz hakim oldu. Qərbi oğuzları və peçeneqləri Bizans imperiyasının Balkanlara sərhəd əyalətlərinə sıxışdırmaqla, bu tayfa birliklərinə İslam mədəniyyəti ilə təmas qurmaq imkanı yaratdılar. Özlərində isə qonşu oturaq xalqlarla təmas nəticəsində təbəqələşmə prosesi gücləndi. Bu zümrə sadə tayfa üzvlərindən fərqlənmək üçün oturaq xalqlardan, əsasən Rus, Xorəzm və gürcülərdən qız almağa meyilləndi. Bu nigahlardan doğulanlar ana tərəfə oxşamaq və onların məişət adətləri ilə bərabər, dini baxışlarını da mənimsəməyə meyilli oldu. Beləliklə türk dünyası daxilində fərqli dünya görüşünə malik iki böyük qüvvə formalaşdı və bundan da bəhrələnən qonşu xalqlar oldu.
Эльдар Тагиев
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]