Roma coğrafiyaşünası Pomponius Mela Azərbaycan haqqında nə deyib?
11-03-2026, 08:54

"Onlar heç bir kənar gücə tabe olmaq istəməyən, öz qanunları və adətləri ilə yaşayan dikbaş, düzənlikləri və münbit torpaqları olan, döyüşkən bir xalqdır və vətənləri üçün hər zaman hazır olan, cəsur döyüşçülərdir. Alpanların adətləri sadədir; silah və at onlar üçün yüksək dəyər daşıyır. Buranın əhalisi bölgənin aparıcı gücüdür və qonşu tayfalara nəzarət edirlər. Alpanlar açıq rəngli dəriyə, bov və mavi göz rənginə malik xalqdırlar və uca boyları var. Fiziki cəhətdən çox güclü olan bu xalq həm yaxın döyüşdə, həm də uzaqdan ox atmaqda mahir döyüşçüdürlər. Bu xalq pula və var-dövlətə deyil, torpağa və azadlığa daha çox önəm verir.Qadınları çox cəsurdurlar və müharibə olanda silaha sarılaraq kişilərlə bərabər döyüşə gedirlər. Albaniya hüdudlarında və onlara qonşu olan ərazilərdə qadınlar kişilərlə eyni hüquqlara malikdir və onlar hərbi təlimlərdə iştirak edirlər".
Pomponius Mela, Roma coğrafiyaşünası, "Yerin Təsviri" (De Chorographia) adlı əsərindən.
Pomponius Mela öz əsərində “Azərbaycan” adını işlətməsə də, Qafqaz Albaniyası və Atropatena barədə verdiyi məlumatlar müasir Azərbaycan ərazisinə aiddir.
P. Mela buranın əhalisini güclü və hakim xalq adlandırır.Müəllif Albaniyanı sadəcə bir ölkə deyil, şimaldan gələn köçəri tayfaların qarşısını kəsən bir "sədd" kimi təsvir edir.
Qeyd: Bir çox erkən xəritə nüsxələrində Albaniya və Atropatena daha stabil siyasi güc kimi göstərilir.
Şəkil: Azərbaycan türkləri, 1900-cü illər.
Kitabı oxumaq üçün https://la.wikisource.org/wiki/De_chorographia
Paylaşdı Zaur Əliyev, fəlsəfə doktoru .

