Saday bəy keçən əsrin əvvəllərində Kürqırağı ərazilərdə, o cümlədən Kürdəmir, Zərdab, İmişli, Ağcabədi ərazilərində rus - sovet rejiminə qarşı mübarizə edən qaçaqlardan biri idi. Mənbələrin verdiyi məlumatlara görə Saday bəy qorxmaz, cəsur, iradəli, sədaqətli şəxs olmuşdu. Sözü bütöv adamlara həmişə hörmətlə yanaşarmış. Qaçaqlıq etdiyi dövrdə heç vaxt həbs edilməmiş, öz əcəli ilə ölmüşdür. Yazıçı Anar “Qarabağ şikəstəsi” məqaləsində yazır: “Şahverən kişi gənclik illərindən, komsomol vaxtlarında qaçaqlarla mübarizə aparmasından, Saday bəyin qaçaqlığından danışır. O vaxt kənddən də bəzi adamlar qaçaqlara qoşulmuşdu. Saday bəyin qaçaq dəstəsində səkkiz yüzə qədər atlı vardı, maksim pülemyotu vardı, biçirdi bizi. Kürdəmir -Kurdamir TEREF