ULU TÜRKÜN QƏDİM İZLƏRİ
13-03-2026, 17:35

1. Qobustan təsvirlərindən göründüyü kimi, əcdadlarımız ən azı Mezolit dövründən, e.ə. 10 - 8-ci minilliklərdən etibarən şalvar geyinmişlər. Halbuki, istər qədim Misir və Çin, istər qədim hind və fars, istərsə də qədim Aşşur-Babil və Roma - yunan təsvirlərində eyni hala rast gəlmirik. Yalnız qədim fars təsviri sənət nümunələrində ulu babalarımız midiya lılar və saklar şalvarlı təsvir edilmişlər. Bu isə o deməkdir ki, şalvar, eləcə də, bir çox digər geyim növləri türklərdən başqa xalqlara keçmişdir.
2. 13 - cü əsr İslandiya tarixçisi Snorri Sturluson "Kiçik Eda" kitabında yazır : "Troya türk ölkəsidir... Türklərin ölkəsini tərk edib, Avropaya gələn aslar buraya türk adət - ənənələrini gətirdilər və burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu.
3. Qədim mixi yazılarda şumerlər özlərini kəngər və kanq adlandırırlar. Bu fakt da şumerlərin türk - oğuz mühitindən qopduqlarını və Azərbaycandan köçüb getdiklərini sübut etməkdədir. Şumerlər kurqana "kur", yəni "gor" deyirdilər və kurqan mədəniyyətini də özləri ilə Azərbaycandan aparmışdılar. Təsadüfi deyil ki, Azərbaycanın Ağstafa rayonu ərazisindən tapılan kurqanlar şumer kurqanlarından daha qədimdir və Son Eneolit dövrünə aiddir. Şumer kurqanları isə Tunc dövrünün məhsuludur.
4. Yazı tarixinin gözəl bilicisi İohannes Fridrixin yazdığına görə, arami yazısı e. ə. 9-cu əsrdə Güney Suriyada meydana çıxmışdır. Nəzərə alsaq ki, qədim türk - run işarələri ilə yazılmış Timərə və Nüvədi yazıları daha qədimdir, türk yazısının arami yazısından deyil, bunun əksini söyləmək daha doğru olar. Bu fikri bizdən çox - çox öncə Qazax alimi A. S. Amonjolov söyləyib. Onun fikrincə, təkcə arami yazısı deyil, ümumiyyətlə bütün qədim yazı sistemləri türk yazısından, daha dəqiq desək, türk damğalarından törəmişdir.
5. Şübhəsiz ki, bu gün "Ermənistan" kimi tanınan Qərbi Azərbaycandakı kilsələri türklər, yəni albanlar tikmişlər. Ermənilər isə həmin ərazilərə 19 - cu əsrdən ruslar tərəfindən köçürülmüş və alban-türk kilsələrinə sahib çıxmışlar.
6. Sadəcə onu qeyd edək ki, o dövrdə artıq iki Sakasena var idi və onlardan biri mərkəzi Gəncə olan və Atropatenaya daxil olan Sakasena idi, digər Sakasena isə Ərməniyyə(əski Urartu) ərazisinə düşürdü. Məhz bu saklar da Ərməniyyənin hakimi idilər və Atropatena torpaqlarını işğal edən Artaşes və Tiqran da onlardan idilər. Yəni qətiyyən hay (erməni) olmamışlar.
《Azərbaycan türklərinin
islamaqədərki dili və
ədəbiyyatı》kitabından.
Bəxtiyar Tuncay,
Tarixçi Alim.
Xəzər Albaniyası

