Qızılbaş hərbi hissələrinin Kabildə yaratdıqları məhəllələr: tarix və hal-hazırdakı durum

8-04-2026, 16:54           
Qızılbaş hərbi hissələrinin Kabildə yaratdıqları məhəllələr: tarix və hal-hazırdakı durum
- ABŞ-ın Indiana Universitetinin Dosenti tarixçi Süleyman Fazil Qızılbaşların Çindavul məhəlləsini yaratması haqqında
Qızılbaşlar Kabildə şəhərin bütün yerlərinə səpələniblər, lakin bəziləri bir neçə xüsusi məhəllədə cəmləşib.
Məhəllələr arasında Qızılbaş xalqının tarixən məskunlaşdığı Çindavul və Murad Xani daxildir, həmçinin dərin mənalı zəngin mədəni və dini (şiə) mərasimlərin keçirildiyi yerlərdir.
📍 «Çindavul və Çindavulular müqəddəsdir
Əfsanələr diyarı, açıq sözlü
Bunun niyə Çindavul adlandığını bilmirsən?
Başlanğıcdan bura igidlərin ölkəsi idi
Əgər Kabil üzük olarsa
Onun gözəl qaşı Çindavuldur, ey canlar
Çindavul torpağı bərəkətlidir
Onun daxili xoşbəxtlik mədəniyyəti var
Mübarək torpağında bir gecə də yatmayıb
Vətəni satan hər kəs
Fədakar [Qızılbaş - red.] qoşunun ətri
Çindavuldakı aşiqlər tərəfindən tapılacaq»
Qəzəl itirilmiş izzət ağrısını ifadə edir. Çindavul zirvəsində dövrün mötəbər adamlarının, atlılarının və sahibkarlarının yaşadığı bir yer idi. Qəzəl də üçüncü misrada ritorik sual verməklə Çindavolun tarixini xatırladır.
1738-39-cu illərdə Qızılbaş hərbi hissələri Kabildə məskunlaşaraq Çindavulu yaratdılar.
Bu, möhkəmləndirilmiş ərazi idi. Çindavul bir şiə məhəlləsi idi. Öz bazarı, məscidləri, camaatları, hamamları, emalatxanaları var idi. Çindavul Türkcə hərbi sözüdür, "mühafizə" mənasını verir. Qızılbaş birləşmələri Nadir Əfşarın tayfa bölgüsünə və ya İrandakı mənşəyinə görə Çindavulda məskunlaşdılar.
Çindavolun ilk məskunlaşanlarının Qacarlu, Mahmudlu və Kəngərli nəsillərindən ibarət olan Cavanşir Qızılbaş qollarından olduğu güman edilir. Digər əsas ailə Şahsevənlər idi. [Qızılbaş xanları] Əmir Aslan Xan və Cəfər Xan Çindavolun ilk rəhbərləri kimi xatırlanır.»
Mənbə: Solaiman M. Fazel, "Ethnohıstory Of The Qızılbash In Kabul: Mıgratıon, State, and A Shı’a Mınorıty"
Vahid İbayev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru