Şah İsmayıl Səfəvi Azərbaycan taxtına çıxdı
Bu gün, 08:54

Fikir verin. Yazır ki, Şah İsmayıl Səfəvi Azərbaycan taxtına çıxdı, demir İran və ya Persiya taxtına. Deməli..?
"Diplomatic Relations of Deccan Sultanates", K. Kamble Moulappa. Gulbarga Universiteti:
"İran ilə Bicapur arasında siyasi və diplomatik münasibətlər 1501-ci ildə Şah İsmayıl Səfəvinin Azərbaycan taxtına çıxmasından sonra qurulmuşdur.
Növbəti onillik ərzində Şah İsmayıl bütün Persiya torpaqlarını fəth edərək vahid dövlət halında birləşdirmiş və onları Səfəvi hökmdarının hakimiyyəti altında toplamışdır."
P.S. "Azərbaycan Taxtı" Şah İsmayılın Təbrizi ələ keçirərək hakimiyyətini burada qurmasını və oranı siyasi mərkəzə çevirməsini ifadə edir.
Orta əsrlərdə “taxt” anlayışı dövlətçilik rəmzi hesab olunurdu. Ona görə də “Azərbaycan taxtı” yaxud “Azərbaycan səltənəti” deyəndə muasir anlamda “Azərbaycan dövləti” kimi anlaşılmalıdır.
Mətndən də görünür ki, Səfəvilərin hakimiyyəti Azərbaycandan (Təbrizdən) başlayır və yalnız bundan sonra İrana yayılır. Deməli, Azərbaycan ikinci dərəcəli bir hissə kimi deyil, ilkin və əsas mərkəz kimi qiymətləndirilir.
Milli Kimlik
TEREF

