Talış xanlığı torpaqlarının mübahisəli hissəsi
9-05-2026, 11:14

Rusiya və Qacar İranı arasında 1813-cü il Gülüstan müqaviləsinə əsasən müəyyən edilmiş sərhəd xətti və mübahisəli əraziləri də əhatə edən Talış xanlığının baş xəritəsi. 1825-ci ildə Baş Qərargahın podpolkovniki İqor Eneholm tərəfindən tərtib edilib. İsveç əsilli İqor Eneholm bacarıqlı kartoqraf idi və təkcə Talış xanlığının yox, həm də Tiflis, İrəvan, Naxçıvan, Qəzvin, Zəncan, Qazax və Şəmşədil nahiyələrinin xəritələrini çəkmişdi. Müasir Azərbaycanın İranla sərhədlərini təyin etmiş bir şəxs kimi tariximizdə böyük rol oynayıb əslində.
Bu xəritəni Vikimediyaya "Sarhat bek Varsaman" ləqəbli bir istifadəçi yükləmişdi amma keyfiyyəti yaxşı deyildi. Mən tam keyfiyyətli versiyasını tapdım. Buradan baxa bilərsiniz: https://upload.wikimedia.org/.../General_Map_of_the...
Çəhrayı xətt: 28 mart 1825-ci il tarixində general Velyaminov və Fətəli şahj tərəfindən imzalanmış delimitasiya aktına əsasən sərhəd.
Yaşıl xətt: 28 mart aktı müqabilində vəliəhd Qacar şahzadəsi Abbas Mirzə tərəfindən müəyyən edilmiş sərhəd xətti.
Nöqtəli çəhrayı xətt: General Yermolov tərəfindən şahzadəyə verilən güzəştlər.
Mavi "Б.Б.": Talış xanlığı torpaqlarının mübahisəli hissəsi.
Cavid Ağa
TEREF

