Şah Təhmasibin Türküstan hakimlərinə böyüklük dərsi, halbuki eynisini onlardan heç görmədi
Dünən, 08:14
1563-cü ildə Bəlx hakimi Pir Məhəmməd xan, daha sonra Əli sultan Xorasana hücumlar edərək Məşhəd, Nişapur, Tərşiz, Zavə və digər məntəqələrdə qətl-qarət törətdilər. Buxara və Bəlx hakimlərinin Xorasana aramsız hücumlarına və bölgənin qarət olunmasına baxmayaraq, I Şah Təhmasib qarşılıqlı əlaqələrin tamamilə kəsilməsində maraqlı olmadığını nümayiş etdirirdi. 1563-cü ildə özbək qoşunlarının aramsız hücumları müqabilində Mavəraünnəhrin tanınmış şəxsləri, özbək sultanları həcc ziyarətini yerinə yetirmək üçün Qəzvinə gəldilər, hörmətlə qarşılanaraq Hicaza yola salındılar. 1564-cü ildə I Şah Təhmasib Məsum bəy Səfəvini orduya baş komandan təyin edərək Xorasan istiqamətində hərbi yürüşə yolladı. Xəbuşan vilayəti, Nəsa və Əbivərd şəhərləri özbəklərdən azad edildi. "Qızılbaş ebsiklopediyası" Milli Kimlik