"Midiya eramızdan əvvəl VIII əsrə qədər tamamilə turan mənşəli idi."
Dünən, 15:14

"Midiya eramızdan əvvəl VIII əsrə qədər tamamilə turan mənşəli idi. Burada yaşayan xalqın dili bu günə qədər öyrənilmiş turan dilləri arasında ən yaxşı tanınan nümunələrdən biri sayılırdı. Həmin dövrdə paytaxtı Xаqmatana (Ekbatana) olan bu əraziyə iran mənşəli midiyalılar gəlib yenidən hakimiyyət qurdular.
Buna baxmayaraq, iranlılar az sayda olub əsasən hakim təbəqəni təşkil edirdilər. Əhəmənilər dövründə isə xalqın böyük hissəsi hələ də öz qədim dilində danışırdı və bu dil Fars şahlarının sarayında rəsmi dillərdən biri kimi istifadə olunurdu.
Turan Midiya yalnız dilini deyil, özünəməxsus düşüncə və inanclarını da qoruyub saxlamışdı. O, Zərdüşt dininin ikili dünyagörüşünə qarşı uzun müddət mübarizə aparmışdır. Bu yerli inanclar zamanla iran mənşəli fəthçilərin dini baxışları ilə qarışaraq maqizm adlanan dini sistemi formalaşdırdı. Bu sistem uzun müddət, hətta Persiyanın özündə belə, saf mazdaizmin yayılmasına təsir göstərmişdir."
"Histoire ancienne de l'Orient jusqu'aux guerres médiques"
Fransua Lenorman (fr: François Lenormant; 1837-1883) fransız assurioloqu, antropoloqu, arxeoloqu, tarixçisi, incəsənət tarixçisi, numizmatı və kitabxanaçısı; Sorbonna professoru. Fransa Yazılar və Gözəl Məktublar Akademiyasının üzvü.
Nigar Novruzova
TEREF

