Osmanlı sultanı: "Azərbaycan nümayəndələri ilə görüş ömrümün ən xoşbəxt dəqiqələridir"

Bu gün, 08:04           
Osmanlı sultanı:
1918-ci ilin iyulunda Osmanlı sultaru V Mehmed vəfat edincə hakimiyyətə VI Mehmed gəldi. O, sonun cu Osmanlı sultanı oldu. Sentyabrın 6-da sultanın taxta çıxması ilə əlaqədar tədbir keçirildi.
Bu münasibətlə bir sıra ölkələrin İstanbuldakı rəsmi nümayəndələri yeni sultanın qəbuluna gəlmişdilər. Sultanın şəxsi təşəbbüsü ilə birinci olaraq Azərbaycan nümayəndələri qəbul edildilər. Bizim nümayəndə heyətində Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski vardı.
Ənvər paşa Azərbaycan nümayəndələrini qarşılayıb onları sultana təqdim etdi. AXC adından VI Mehmedə təbrikləri Rəsulzadə çatdırdı. Sultan isə bunun müqabilində bildirdi:
"Sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbaxt bir hadisə kimi qəbul edirəm.
Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid bəsləyirəm. Salamımın bütün azərbaycanlı qardaşlara çatmasını arzulayıram".
Qəbul bitəndə Rəsulzadə maraqlı bir nüansın şahidi olmuşdu. O, sultanın Ənvər paşaya dediyi sözləri eşit-mişdi: "Bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir"
Ayaz İlyasov, "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt"
Milli Kimlik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru