Türk Atayurdunda formalaşan qədim əkinçi-heyvandar kulturu. m.ö VII millik.

Bu gün, 08:14           
Türk Atayurdunda formalaşan qədim əkinçi-heyvandar kulturu. m.ö VII millik.
Mütəxəssislərin tərtib etdiyi bu xəritədən (bu əkinçilik kulturu xəritəsi almanlar tərəfindən tərtib edilib və 12 minil əvvəli təsvir edir) göründüyü kimi, Aralıqdənizi yaxaları boyunca Çatalhöyük-İerixon arasında formalaşan qədim əkinçi-heyvandar kulturu Türk Atayurdunun sınırı dışında qalır, lakin İkiçayarasından Dərbəndə qədər uzanan sahələr bu sınırın içindədir. Kərkük bölgəsində yaranıb, m.ö.VII-VI minillərdə ətraf bölgələrə yayılan Carmo kulturu Zaqros dağlarında qut və lulu boylarının ulu əcdadları sayılan və əsasən heyvadarlıqla məşgul olan prototürk boylarına aid idi.
Beləliklə, m.ö.VI-IV minillər arasında əkinçi-heyvandar boyların məskəninə çevrilən İkiçayarasının quzeyində öncə Xasun və Xalaf, sonralar Ubeyd kulturunun quzey variantı yarandı. Ubeyd kulturunun Urmu gölü yaxalarına uzanması arxeologiyada (Püştəlitəpə, Göytəpə) sübut olunmuşdur. Mosulun güneyində m.ö. 5800-cü illərdə formalaşan Xasun kulturu daha geniş ərazilərə yayılaraq, yuxarıda Diyarbakırın batısına keçir, aşağıda isə Bağdada qədər uzanıb Dəclədən doğudakı bölgələri də əhatə edirdi.
Dərbənd, Borçalı, Van, Mosul, Bağdad, Kəşan, Xorasan, Aşqabad boyunca keçən sınırlar içində yaranmış bütöv eneolit kulturunun lokal variantları arasında əlaqələr vardı. Ona görə də, Urmu ətrafına sızan erkən əkinçilərin İkiçayarasının quzey bölgələrindən gəlməsi ehtimalı böyükdür. Güney və Quzey Azərbaycana Ubeyd kulturunun təsiri m.ö. IV minilin ortalarına yaxın artmışdır. Minil sonra Urmu hövzəsində ortaya çıxan Aratta, Lulu, Qut, Turuk elləri buradakı prototürklərin ilk siyasi qurumları idi. Ona görə də, türk tarixi Urmudan başlanır və bu baxış Urmu teoriyası adlanır.
Təvəkgül Nəbioğlu
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru