O dövrün Osmanlı Sultanlar
Bu gün, 08:54

I Əbdülhəmid 1774 - 1789
III Səlim1774 1789-1807
1783-cü ildə ABŞ, təzəcə Böyük Britaniyadan müstəqillik qazandıqdan sonra, ilk dəfə beynəlxalq sulara daxil olan kiçik bir donanma yaratdı. Osmanlı xilafətindən qorunma müqaviləsi bağlamağa çalışmadan, Amerika gəmiləri Aralıq dənizində cəsarətlə üzməyə başladılar. Osmanlılar isə tez bir zamanda buna reaksiya verdilər.
1784-85-ci illərdə bir neçə Amerika gəmisi indiki Əlcəzair, Tunis və Liviyada yerləşən Osmanlı xilafət donanması tərəfindən ələ keçirildi. Yüzdən çox Amerika vətəndaşı əsir götürüldü.
1793-cü ildə ABŞ yenidən Osmanlı xilafət sularına girdi və bu dəfə 12 Amerika dəniz gəmisini ələ keçirdi. Buna cavab olaraq, 1794-cü ilin mart ayında ABŞ Konqresi Prezident Vaşinqtona səlahiyyət verdi və möhkəm polad gəmilərin inşası üçün təxminən 700.000 qızıl sikkə əldə etdi. Lakin bu donanma da Xilafətin donanması ilə toqquşmada məğlub oldu. ABŞ o vaxtkı supergücün mövqeyini tanıdı və bir il sonra ABŞ ilə Osmanlı xilafəti arasında Bərbər müqaviləsi bağlandı.
Onun şərtlərinə görə, ABŞ Atlantik okeanı və Aralıq dənizində üzməyə icazə və ələ keçirilən gəmilərin geri qaytarılması müqabilində Xilafətə birdəfəlik 992.463 dollar (qızıl) ödəməli idi.
Bundan əlavə, Amerika hökumətindən əsir götürülmüş Amerika əsgərləri üçün əlavə 642.000 dollar qızıl və 585.000 dollar qızıl ödəməsi tələb olunurdu.
Bundan əlavə, ABŞ illik 12.000 Osmanlı qızıl lirəsi vergisi (xərac) ödəməyə razı oldu. Bu nəhəng vergilərə əlavə olaraq, Amerika öz hesabına Xilafətə polad gəmilər düzəldib çatdırmağa razı oldu.
Maraqlıdır ki, Osmanlı Xilafəti ABŞ-dan xristian təqviminə görə deyil, İslam təqviminə görə illik xərac ödəməsini tələb etməklə diplomatik üstünlüyünü təsdiqlədi. Bundan əlavə, o vaxtkı status-kvoya uyğun olaraq, müqavilə Xilafətin rəsmi dilində, yəni Osmanlı dilində tərtib edildi.
Bərber Müqaviləsi xarici dildə bağlanmış yeganə Amerika hüquqi sənədi və Amerikanın başqa bir millətə xərac verdiyi yeganə sənəddir. Müqaviləni ABŞ-ın ilk prezidenti Corc Vaşinqton imzalamışdır.
Sabir Seyfullayev
TEREF

