Şəhidin bacısı əsgərin göz yaşlarını sildi - VİDEO

31-07-2015, 02:14           

Türkiyədə PKK terroru bitmək bilmir. Ölkə daxilində PKK-ya qarşı başladılan əməliyyatlarda 1300 nəfər həbs edilib. Şimali İraqda isə PKK hədəfləri artıq 5 gündür ki, bombalanır. Bizimyol.info xəbər verir ki, hər gün gələn şəhid xəbərləri ölkədəki gərginliyi bir az da artırıb. Dünən Hakkarinin Şəmdinli qəsəbəsində terror hücumu zamanı şəhid olan çavuş Ziya Sarpkayanın cənazəsi Bolunun Göynük qəsəbəsinə gətirilib. Şəhidin mərasimində çox təsirli anlar yaşanıb. Şəhidin bacısı Hülya Dəniz mərasimdə çox çətinliklə ayaqda dura bilib. Buna baxmayaraq Dəniz xanım, cənazə başında duran əsgərin göz yaşlarını silib. Bizimyol.info həmin görüntüləri təqdim edir:
[media=https://www.youtube.com/watch?t=54&v=7cRAKW8GGHA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]