Dəmirtaşdan AKP-yə SƏRT İTTİHAMLAR

31-07-2015, 18:15           
Dəmirtaşdan AKP-yə SƏRT İTTİHAMLAR
“Türkiyədən son silahlı qruplar çıxana qədər əməliyyatlar davam etdiriləcək”.

Hafta.az-ın milliyet.com-a istinadən verdiyi xəbərə görə bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Türkiyə Odalar və Borsalar Birliyinin tədbirinə qatılan Davudoğlu vurğulayıb ki, əməliyyatların dayandırılmasının ancaq bir şərti var:

“Əldə olan qanunsuz silahlar təhvil verilməlidir. Silahlı qruplar Türkiyəni tərk etməlidir. Türkiyə terror təhdidlərindən qurtarana qədər ordumuzun Suriyadakı əməliyyatları davam etdiriləcək”.

Əhməd Davudoğlu PKK və İŞİD terror qruplaşmasına da sərt mesajlar göndərib:

“Bundan sonra sərhədlərimiz daxilində əsgərimizə bir güllə atan terrorçunu, eləcə də onun üzvü olduğu qrupu tamamilə yerlə -yeksan edəcəyik. Biz bu anlarda hökümət qururuq susmaq vaxtıdır deyib sussaydıq, Türkiyə indi xaosa sürüklənmişdi. Ona görə də bizim səbrimiz tükəndi. Artıq bizə bir daş atana sapandla cavab verəcəyik”.

Bu arada qeyd edək ki, PKK-ya dəstək verməkdə suçlanan HDP rəhbəri Səlahəddin Dəmirtaş isə ona qarşı irəli sürülən ittihamları rədd edib. Almaniyanın ZDF kanalına müsahibə verən Dəmirtaş bildirib ki, hazırda AKP onların qazandığı reytinqi aşağılamaq niyyətindədir:

“Biz sülhün və demokratiyanın yanındayıq. Bizi terror tərəfdarı göstərib sahib olduğumuz reytinqimizi aşağılamaq istəyirlər. Həm də bizim etirazımız odur ki, hazırki iqtidar İŞİD-lə PKK –nı eyni sırada tutaraq terrorçu təşkilat adlandırır. PKK bir fəhlə partiyasıdır və İŞİD cərgəsində adının hallanmasına layiq deyil. Hazırki prezident Tayyib Ərdoğanla, baş nazir Davudoğlu bizi oyuna gətirmək istəyirlər. Bizsə buna getməyəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]