Ərdoğanı bu İŞİD-çi təhdid edirdi - VİDEO

20-08-2015, 11:24           
Ərdoğanı bu İŞİD-çi təhdid edirdi - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhdid edən İŞİD əmirinın kimliyi ortaya çıxıb.

Axar.az xəbər verir ki, terrorçuların videosunda danışan İŞİD əmiri Bursada şirniyyat işi ilə məşğul olan Fateh Acıpayam adlı şəxsdir.

Yaxını İŞİD əmiri haqqında bu sözləri deyib:

“Fateh Acıpayam İspartada olarkən heç namaz qılmağı belə bilməzdi. Nə oldusa, elə burada oldu. 2014-cü ilə qədər Bursada şirniyyat dükanı işlədirdi. Suriyaya getməzdən öncə isə iş yerini 100 min türk lirəsinə satmışdı”.

Qeyd edək ki, bir neçə gün öncə Ankaranı təhdid edən İŞİD terrorçularının videomüraciətində türkcə təhdidlər yağdıran İŞİD əmiri Fateh Acıpayamın kod adı Əbu Əmmardır.
[media=https://www.youtube.com/watch?v=8Mx8zH7U1Wk]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]